Moskvada son sutkada 74 nəfər koronavirusdan ölüb

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 74 nəfər dünyasını dəyişib. APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 9277-yə çatıb. Qeyd edək ki, Moskvada indiyədək 632 057 insanda koronavirus aşkar olunub, onlardan 6868 nəfəri son sutka ərzində yoluxub. Daha 478 724 xəstə isə müalicə olunaraq sağalıb. Azerbaycan APA
Read more